Afinalı filosof Sokrat heç bir zaman fikirlərini qələmə almadığından onun haqqında bildiklərimizi tələbələrinin yazdıqlarından əldə edirik. Bu tələbələrin ən görkəmlisi Platon olub. E.ə. təxminən 370-ci ildə Platon Sokratın nəzəriyyəsini anladan bir neçə oçerk yazıb.
Platonun dediyinə görə, Sokratın həqiqətə çatmaq yolu belə olub: o, dinləyicilərindən hər hansı bir anlayışa tərif vermələrini xahiş edirmiş. Hamını dinlədikdən sonra yenidən suallar verməyə başlayırmış. Beləliklə, sual-cavab yolu ilə (“Sokrat üsulu”) müzakirə predmetinə aydınlıq gətirilirmiş.
Sokrat tez-tez sevdiyi daha bir üsula əl atırmış. O özünü bilməzliyə vurur və həmsöhbətindən nəyisə anlatmağı xahiş edirmiş. Həmin o şəxs də böyük həvəslə düşüncələrini bölüşürmüş. Sokrat isə guya deyilənləri tam başa düşmədiyi üçün həmsöhbətinə elə hey yeni-yeni suallar verirmiş. Sonda o adam çaşbaş qalaraq əvvəllər onun üçün tam aydın olan bir məsələni indi anlamadığını dərk etməyə başlayırmış.
İndi işin mahiyyətini anlamaq üçün özünü bilərəkdən avamlığa vurmaq Sokrat istehzası adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)